İranın atom bombası var imiş - "Financial Times" yazdı

İranın atom bombası var imiş  - "Financial Times" yazdı
17.04.2026 12:39 Dünya

Hörmüz boğazının bağlanmasını atom bombası ilə müqayisə ediblər. İrana düşmən olan gəmilər üçün boğazın bloklanması Tehran üçün şübhəsiz strateji uğura çevrilib.

TodayPress TV "Financial Times"a istinadən xəbər verir ki, hökumətə yaxın şəxs boğazın bağlanmasını belə təsvir edib:

“Bu, atom bombasına sahib olmaq kimi hiss olunur.”

O əlavə edib ki, blokadanı tətbiq etmək gözləniləndən daha asan olub və heç bir halda ləğv edilməyəcək.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp üçün (red. o, İranı danışıqlara məcbur etmək və dəniz keçidini yenidən açmaq istəyirdi) vəziyyət yeni siyasi və iqtisadi təzyiq mənbəyinə çevrilib.

Tehran isə boğazın siyasi əhəmiyyətini genişləndirmək niyyətindədir: Parlament dəniz keçidini tənzimləyən, rüsum tətbiq edən və “düşmən dövlətlərə” bağlı gəmilərə girişi məhdudlaşdıran qanun layihəsi üzərində işləyir.

Jalə Rövşən

TodayPress TV


XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər