İrandan ABŞ-yə xəbərdarlıq: Hörmüz boğazı bağlana bilər
İran ABŞ-nin iqtisadi təzyiqlərinə cavab olaraq Hörmüz boğazında sərt addımlar ata biləcəyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi bildirib ki, Vaşinqtonun təzyiqləri davam edərsə, Fars körfəzində dənizdə xüsusi qadağan olunmuş zona yaradılacaq.
Onun sözlərinə görə, ABŞ gəmiləri və hərbi bazalarına qarşı İranın əməliyyat strategiyası da dəyişdirilib.
Tehran daha əvvəl də ABŞ-nin sanksiya və dəniz blokadasına qarşı öz maraqlarını qorumaq üçün tədbirlər görmək hüququnun olduğunu açıqlamışdı.
Türkan İsgəndərli