İrandakı etirazlarda ölənlərin sayı açıqlandı
İranda iqtisadi problemlər səbəbindən başlayan və təxminən bir aydır davam edən etiraz aksiyalarında ölənlərin və saxlanılanların sayı ilə bağlı yeni rəqəmlər açıqlanıb.
TodayPress TV xəbər verir ki, ABŞ-də fəaliyyət göstərən İran İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) mövzu ilə bağlı son məlumatları paylaşıb.
Məlumata görə, etirazlar zamanı ölənlərin sayı 3 308-ə yüksəlib, 24 266 nəfər isə saxlanılıb.
Xatırladaq ki, 2025-ci il dekabrın 29-da Tehranda İran rialının kəskin düşməsi səbəbindən ticarətçilərin etiraz aksiyaları başlayıb. Bir gün sonra etirazlara tələbələr də qoşulublar. Narazılıqlar qısa müddətdə İranın əksər iri şəhərlərinə yayılıb. 2026-cı il yanvarın 2-də vəziyyət daha da gərginləşib - şəhər küçələrində naməlum silahlı qruplar peyda olub. Etirazçılarla hüquq-mühafizə orqanları arasında silahlı toqquşma halları artıb.
Türkan İsgəndərli