İranda hava hücumları: "100 tibb mərkəzi zərər gördü"
ABŞ və İsrailin hava hücumları nəticəsində İranda ən azı 100 tibb müəssisəsi zərər görüb.
TodayPress TV "TASS"a istinadən xəbər verir ki, bunu İran hökumətinin sözçüsü Fatimə Mühacərani bildirib.
“Bu günə olan məlumatlara görə, 52 tibb mərkəzi, 29 müalicə mərkəzi və 19 təcili tibbi yardım mərkəzinə hücum edilib. Bundan əlavə, dörd təcili yardım maşını və bir vertolyot məhv edilib”, – deyə xanım Mühacərani qeyd edib.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıblar.
Jalə Rövşən