İranda casusluqda şübhəli bilinən 30 nəfər həbs edildi
İranın kəşfiyyat xidmətləri ABŞ və İsrailə casusluq etməkdə şübhəli bilinən 30 nəfəri saxlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb.
"Ason günlərdə Amerika-İsrail düşməninin muzdlu casusları arasında 30 nəfər müəyyən edilərək saxlanılıb", – açıqlamada bildirilib.
Xatırladaq ki, daha əvvəl "Nationalnews" qəzeti İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Qüds Qüvvələrinə komandanlıq edən keçmiş general İsmayıl Qaani’nin İsrail kəşfiyyat agentliyi Mossad üçün casusluq etməkdə şübhəli bilindiyini xəbər vermişdi.
Qeyd edək ki, fevralın 28-də ABŞ İsraillə birlikdə İrana qarşı hərbi əməliyyatlara başlayıb.
Jalə Rövşən