İran və Qətərin XİN başçıları arasında telefon danışığı baş tutdu

Dünya

28.12.2025 12:45

İranın xarici işlər naziri Abbas Əraqçi Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl-Tani ilə telefonla danışıb.

TodayPress TV "Tasnim News"a istinadən xəbər verir ki, tərəflər regional məsələləri, xüsusən Fələstin və Yəməndəki hadisələri müzakirə edib, fikir mübadiləsi aparıblar.

Qeyd olunur ki, İran və Qətərin xarici işlər nazirləri Yəmənin ərazi bütövlüyünün və birliyinin qorunmasının vacibliyini vurğulayıblar.

Hər iki nazir İsrailin atəşkəs müqavilələrini pozması, Qəzzaya, Livana davam edən hücumları fonunda Fələstin və Livandakı vəziyyətdən narahat olduqlarını bildiriblər. Əraqçi və Əl-Tani beynəlxalq ictimaiyyətin İsrailə öhdəliklərini tam yerinə yetirməsi üçün təzyiq göstərməsinin vacibliyini vurğulayıblar.

Jalə Rövşən

TodayPress TV


tag: İran ,Qətər,XİN ,Abbas Əraqçi,Todaypress.tv,