İran münaqişənin bitməsi üçün şərtini təkrarladı
Dünya
03.04.2026 15:29
"İran yalnız müharibənin tamamilə bitməsinə razı olacaq".
TodayPress TV "RİA"ya istinadən xəbər verir ki, bunu İranın Qahirədəki diplomatik nümayəndəliyinin rəhbəri Müctəba Firdovsipur bildirib.
“İran müharibənin sadəcə atəşkəslə dayandırılmasını deyil, tamamilə bitməsini istəyir”, – deyə o qeyd edib.
Xatırladaq ki, martın 31-də də İranın Xarici İşlər naziri Abbas Əraqçi bildirib ki, İran sadə atəşkəsə razılaşmayacaq.
Əraqçi həmçinin qeyd edib ki, İran ABŞ-nin 15 maddəlik sülh planına hələ cavab verməyib və Vaşinqtonla bütün rabitə vasitələri yalnız Xarici İşlər Nazirliyi vasitəsilə aparılır.
Bildirilib ki, planın əsas tələbləri nüvə obyektlərinin sökülməsi, uranın zənginləşdirilməsinin dayandırılması və proksi qruplara dəstəyin kəsilməsidir. İran isə bu şərtləri qeyri-real hesab edir.
Jalə Rövşən
tag: İran,ABŞ, Abbas Əraqçi, Müctəba Firdovsipur ,Todaypress.tv,
