Tehrandan XƏBƏRDARLIQ: Nüvə sazişi tarixə çevrilə bilər

Tehrandan XƏBƏRDARLIQ: Nüvə sazişi tarixə çevrilə bilər
10.09.2026 23:09 Dünya

İran Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) Tehrana qarşı qəbul etdiyi qətnaməni qanunsuz və siyasi xarakterli adlandıraraq sərt reaksiya verib.

TodayPress TV xəbər verir ki, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi AEBA-nin son addımlarının ölkələri Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmağa sövq edə biləcəyini bildirib.

Rzayinin sözlərinə görə, AEBA İdarəçilər Şurasının İrana qarşı qəbul etdiyi qətnamə “texniki baxımdan əsassız, sırf siyasi və qəbuledilməzdir”. O, sənəddə ABŞ və İsrailin təzyiqinin açıq şəkildə hiss olunduğunu iddia edib.

İran rəsmisi AEBA-nin “siyasiləşdirilmiş və dağıdıcı addımlarının” nəticədə bəzi ölkələrin Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmasına gətirib çıxara biləcəyini vurğulayıb.

Qeyd edək ki, AEBA-nin 35 ölkədən ibarət İdarəçilər Şurası sentyabrın 9-da İranın nüvə öhdəliklərinə əməl etməməsi ilə bağlı məsələni BMT Təhlükəsizlik Şurasına göndərən qətnamə qəbul edib. Qətnamə 23 səslə qəbul olunub.

Kübra Musayeva

XƏBƏR LENTİ
10 SENTYABR 2026
Bütün Xəbərlər