İran dronları Ər-Riyadda ABŞ səfirliyini vurdu
Dünya
04.04.2026 14:45
İranın pilotsuz uçuş aparatları Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda ABŞ səfirliyinə zərbə endirib.
TodayPress TV "The Wall Street Journal"a istinadən xəbər verir ki, hücum nəticəsində səfirliyin binası ciddi zədələnib.
Məlumata görə, dronlar səfirliyin mühafizə olunan zonasında yerləşən inzibati binanı hədəfə alıb və üç mərtəbəyə ciddi ziyan vurub. Zərər görən hissələr arasında Mərkəzi Kəşfiyyat İdarəsi bölməsi də var.
Bildirilir ki, hücum aprelin 4-nə keçən gecə baş verib və nəticədə güclü yanğınlar yaranıb. Yanğınlar yarım gün ərzində söndürülə bilməyib və kompleksin bir hissəsinə geri dönməz ziyan dəyib.
Diplomatik mənbələr qeyd edib ki, hücum iş saatlarında baş versəydi, bu, kütləvi insan itkisinə səbəb ola bilərdi.
Qiymət Mahir
tag: İran ,Səudiyyə Ərəbistanı,Ər-Riyad,ABŞ ,TodayPress TV,
