İran dronları Avropaya gününü "zəhər etdi"

İran dronları Avropaya gününü "zəhər etdi"
24.11.2026 12:50 Dünya

Rusiya istehsalı olduğu bildirilən “Shahed” tipli hücum pilotsuz uçuş aparatı Polşanın hava məkanına daxil olaraq Xelm şəhəri üzərində hərəkət edib.

TodayPress TV xəbər verir ki, bu barədə "Visionergeo" məlumat yayıb.

Məlumata görə, Polşanın Lüblin voyevodalığının şərqində yaşayan sakinlər mümkün təhlükə ilə bağlı xəbərdar ediliblər. Polşa hava hücumundan müdafiə qüvvələrinin pilotsuz aparatı izlədiyi, lakin onu vurmadığı iddia olunur.

Bildirilir ki, PUA bir müddət Polşa hava məkanında qaldıqdan sonra istiqamətini dəyişərək yenidən Ukrayna ərazisinə qayıdıb.

Hadisə ilə bağlı dronun vurulması barədə hərbçilərə əmr verildiyi, lakin bu əmrin icra olunmadığı iddiası hələlik müstəqil şəkildə təsdiqlənməyib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
24 NOYABR 2026
Bütün Xəbərlər