İran BMT-dən qətiyyətli tədbirlər gözləyir

Dünya

11.03.2026 00:35

İran BMT-nin Baş katibi Antonio Quterreş və BMT Təhlükəsizlik Şurasından mövcud vəziyyətdə daha qətiyyətli tədbirlər görməsini, eləcə də ABŞ və İsrailin hücumlarını pisləməsini gözləyir. 

TodayPress TV xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi BMT-nin Baş katibi ilə telefon danışığı zamanı bildirib. 

Əraqçi qeyd edib ki, susqunluq və ya zəif reaksiya bölgədə daha da qeyri-sabitliyə və gərginliyin artmasına səbəb ola bilər. 

Nazir ABŞ-İsrail hücumlarının məktəblər, xəstəxanalar, yaşayış məntəqələri, eləcə də tarixi binalar və abidələr də daxil olmaqla mülki obyektlərə zərbə vurduğunu xatırladıb. İran bunu beynəlxalq hüququn və beynəlxalq humanitar hüququn fundamental prinsiplərinin pozulması hesab edib. 

O, həmçinin İranın məcburi müharibə qarşısında özünümüdafiə hüququna malik olduğunu vurğulayıb.  

Söhbət zamanı BMT-nin Baş katibi beynəlxalq hüquqa riayət etməyin, gərginləşmənin qarşısını almağın və nəticələrini azaltmaq üçün səylərin görülməsinin vacibliyini qeyd edib. 

Aysel Mətləb

TodayPress TV

tag: İran,BMT,Tədbir,ABŞ,TodayPress TV,