İran ABŞ-yə meydan oxudu: “Bütün imkanlardan istifadə edəcəyik!”
İran Xarici İşlər Nazirliyi ABŞ-nin İrana qarşı yeni sanksiyalarına dair yazılı açıqlama yayıb.
TodayPress TV xəbər verir ki, nazirliyin açıqlamasında bu ifadələr yer alıb:
“Buna əsasən, bütün ölkələr sanksiyaları tətbiq etməkdən çəkinməyə borcludur. Həmçinin bütün hökumətlər bu hüquqa zidd əməllərdən irəli gələn nəticələrin yaratdığı vəziyyətləri tanımaqdan və ya təsdiqləməkdən çəkinməyə borcludur”.
Açıqlamada ABŞ-nin birtərəfli sanksiyalarına qoşulmağın Vaşinqtonun öz iradəsini digər dövlətlərə qəbul etdirməsinə yardım etmək anlamına gəldiyi bildirilib.
Bu sanksiyaların ölkələrin qanuni iqtisadi və ticarət əlaqələrini pozduğu qeyd edilən açıqlamada İranın ABŞ və İsrailin iqtisadi müharibəsinə və təhdidlərinə qarşı özünü müdafiə etmək məqsədilə əlindəki bütün imkanlardan istifadə edəcəyi vurğulanıb.
Qeyd edək ki, İrana qarşı “tarixin ən ağır” sanksiya paketini elan edən ABŞ administrasiyası İranla əməkdaşlıq edən üçüncü ölkələri də sanksiyalarla hədələmişdi.
Aysel Mətləb