İran ABŞ təyyarələrini vurdu: F-15-lər zədələndi, A-10 məhv oldu

İran ABŞ təyyarələrini vurdu: F-15-lər zədələndi, A-10 məhv oldu
10.09.2026 08:43 Dünya

İranın İordaniyadakı ABŞ hərbi bazasına endirdiyi zərbələr nəticəsində bir neçə Amerika hərbi təyyarəsi zədələnib.

TodayPress TV xəbər verir ki, "CBS News"un mənbələrə istinadən yaydığı məlumata görə, sentyabrın 9-da Müvəffəq Salti aviabazasına hücum zamanı təxminən 8 "F-15" qırıcısı kiçik zərər görüb.

Təyyarələrin artıq yenidən xidmətə qaytarıldığı bildirilir.

Hücum zamanı "A-10 Thunderbolt" təyyarəsi isə birbaşa zərbəyə məruz qalıb və qanadını itirib. Hadisə nəticəsində xəsarət alanların olmadığı qeyd olunur.

Bu hücumlar ABŞ-nin İranın beş tankerinə zərbə endirdiyini açıqlamasından sonra baş verib. İranın İslam İnqilabı Keşikçiləri Korpusu isə ABŞ-nin “Delbert D. Black” və “John Paul Jones” esmineslərinin hədəfə alındığını iddia edib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
10 SENTYABR 2026
Bütün Xəbərlər