İran ABŞ-ni Yaxın Şərqdən çıxarır? - Qoşun və bazaların sayı azaldı
ABŞ-nin hərbi və kəşfiyyat strukturları İranla münaqişə başa çatdıqdan sonra Yaxın Şərqdəki ABŞ hərbçilərinin və obyektlərinin sayının mümkün ixtisarını müzakirə edirlər.
TodayPress TV xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, söhbət, o cümlədən İranın zərbələri nəticəsində ciddi zərər görmüş və ya məhv edilmiş obyektlərin bir hissəsinin bərpa olunmamasından, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) və xüsusi əməliyyat qüvvələrinin bəzi tapşırıqlarının isə regionda heyətin daimi yerləşdirilməsi olmadan icra edilməsindən gedir. Eyni zamanda, Pentaqon Yaxın Şərqdə qalacaq qüvvələrin mühafizəsinin gücləndirilməsini, o cümlədən infrastrukturun bir hissəsinin yer altına köçürülməsini nəzərdən keçirir.
Telekanal qeyd edir ki, hazırda regionda 50 minə yaxın ABŞ hərbçisi, iki təyyarədaşıyan gəmi və idarəolunan raket silahları ilə təchiz edilmiş ondan çox esmines yerləşir. Bununla yanaşı, Pentaqonun yüksək vəzifəli nümayəndələri Fars körfəzinin bir sıra ölkələrində ABŞ-nin varlığının azaldılmasının və müdafiə yükünün böyük hissəsinin regional tərəfdaşlara ötürülməsini dəstəkləyirlər.
Hələlik yekun qərarlar qəbul edilməyib. CNN-in mənbələri bildirir ki, regiondakı ABŞ qüvvələrinin strukturunda mümkün dəyişikliklər artıq gələn il başlaya bilər, lakin müddət İranla münaqişənin inkişafından və ABŞ Prezidenti Donald Tramp administrasiyasının mövqeyindən asılı olacaq.
Aysel Mətləb