İran ABŞ bazalarına "Hürrəmşəhr" raketləri atdı
İran ABŞ-nin hərbi bazalarına 2 tonluq döyüş başlığı daşıyan "Hürrəmşəhr" raketləri atdığını açıqlayıb.
TodayPress TV "Haber Global"a istinadən xəbər verir ki, bu barədə İran Ordusu məlumat verib.
İran ordusunun açıqlamasında qeyd olunur:
“Doğru Vəd 4" əməliyyatının 37-ci dalğası çərçivəsində bölgədəki ABŞ ordusunun bazalarına doğru 2 tonluq döyüş başlığı daşıyan yeni "Hürrəmşəhr" raketlərinin buraxılması davam edir.”
Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıblar.
Jalə Rövşən