İran 36-cı seriya cavab zərbələrini elan etdi
İran İsrailə və ABŞ bazalarına qarşı raket və pilotsuz uçuş aparatları ilə 36-cı seriya cavab zərbələrinə başlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu bəyanat yayıb.
Bildirilib ki, “Gerçək Vəd-4” əməliyyatının 36-cı mərhələsi işğal olunmuş ərazilərdəki hədəflərə və ABŞ ordusunun bazalarına qarşı “Qadr'”, “Emad” və “Xeybər Şəkən” raketləri, həmçinin zərbə pilotsuz uçuş aparatları ilə birgə hücumlar vasitəsilə həyata keçirilib.
Aysel Mətləb