iPhone 17-də ekran qoruyucusu istifadə etməyin!
Dünya
05.12.2025 19:30
iPhone 17 istifadəçilərinə ekran qoruyucularından imtina tövsiyə edilib.
TodayPress TV xəbər verir ki, Astropad şirkətinin araşdırmasına görə, üçüncü tərəf ekran qoruyucuları yeni Ceramic Shield 2 texnologiyasının parıltını və işıq əksini azaltma effektini zəiflədir.
Testlər göstərib ki, qoruyucusuz iPhone 17 ekranı işığın 2,1%-ni, qoruyucu ilə isə 4,6%-ni əks etdirir. Beləliklə, parıltı əleyhinə örtüyün funksionallığı demək olar ki, yarıbayarı azalır. Mütəxəssislər bunun səbəbini qoruyucuların əlavə yapışdırıcı təbəqəsinin Ceramic Shield 2 ilə optik müdaxilə yaratması ilə izah edirlər.
Astropad istifadəçilərə ya xüsusi əks etdirmə əleyhinə qatla təchiz edilmiş premium qoruyucular seçməyi, ya da heç bir qoruyucu istifadə etməməyi məsləhət görür.
Jalə Rövşən
tag: İphone 17,Ekran qoruyucusu,İmtina,Xəbərdarlıq ,Todaypress.tv,
