İndoneziyada itkin düşmüş təyyarə tapıldı

Dünya

19.01.2026 00:55

İndoneziya xilasediciləri radarlardan itən "ATR 42-500" təyyarəsini Cənubi Sulavesi əyalətində Bulusaraung dağının yamacında tapıblar.

TodayPress TV "Kommersant"a istinadən xəbər verir ki, təyyarədə 11 nəfər olub, axtarış zamanı bir sərnişinin cəsədi aşkar edilib, digər sərnişinlərin axtarışı davam edir.

Təyyarənin qalıqları dağın zirvəsinə yaxın geniş əraziyə səpələnib. 

İndoneziya Nəqliyyat Təhlükəsizliyi Komitəsi qəzanın qəsdən baş vermədiyini bildirir, təyyarədəki texniki problemlərin isə sınaqlardan sonra həll edildiyi qeyd olunub.

Qeyd edilib ki, ərazini təmizləmək və qalıqları çıxarmaq üçün 1200 xilasedici göndərilib. Təyyarə Cakartadan Cənubi Sulavesiyə gedirmiş və son siqnal Marosdan saat 13:17-də gəlib.

Təyyarədə İndoneziya Dənizçilik və Balıqçılıq Nazirliyinin üç əməkdaşı da olub.

Jalə Rövşən

TodayPress TV

tag: İndoneziya ,Təyyarə,"ATR 42-500" ,İndoneziya Nəqliyyat Təhlükəsizliyi Komitəsi,Todaypress.tv,