İndoneziya Əfqanıstana başsağlığı verdi

İndoneziya Əfqanıstana başsağlığı verdi
01.09.2025 11:01 Dünya

İndoneziya Xarici İşlər Nazirliyi Əfqanıstanda baş verən zəlzələ ilə bağlı başsağlığı verib.

TodayPress TV xəbər verir ki, ölkə nazirliyi bu barədə "X" sosial şəbəkə hesabında yazıb. 

“İndoneziya hökuməti və xalqı Əfqanıstan xalqına, xüsusən də bu gün səhər saatlarında baş verən zəlzələdən zərər çəkmiş Kunar və Nangarhar vilayətlərindəki ailələrə dərin hüznlə başsağlığı verir”, - deyə bildirilib. 

Qeyd edək ki, Əfqanıstanın Cəlalabad şəhəri yaxınlığında 6,0 maqnitudalı zəlzələ baş verib.

Yeraltı təkan nəticəsində ölənlərin sayı 622-yə çatıb, daha 1 500 nəfər yaralanıb.

Töhfə Səməd 

XƏBƏR LENTİ
19 IYUL 2026
Bütün Xəbərlər