İlon Mask yeni tarix yazdı: "SpaceX" "Amazon"u geridə qoydu

İlon Mask yeni tarix yazdı: "SpaceX" "Amazon"u geridə qoydu
17.06.2026 04:00 Dünya

İlon Maska məxsus "SpaceX" şirkətinin bazar kapitallaşması çərşənbə axşamı ticarətin açılışından etibarən 10%-dən çox artıb.

TodayPress TV xəbər verir ki, hazırda şirkətin bazar dəyəri təxminən 2.8 trilyon dollar təşkil edir.

Bununla da "SpaceX" dünyanın ən bahalı şirkətləri siyahısında beşinci pilləyə yüksələrək "Amazon"u geridə qoyub.

"SpaceX" iyunun 12-də "Nasdaq" texnologiya birjasında ilkin kütləvi yerləşdirmə (IPO) həyata keçirib. Şirkət hər biri 135 dollar qiymətində olmaqla ümumilikdə 555.6 milyon dollar dəyərində adi səhm satıb. Ticarətin başlanğıcında şirkətin bazar dəyəri 1.77 trilyon dollar olaraq qiymətləndirilib.

İki gün sonra isə "SpaceX" səhmlərinin qiyməti 199.15 dollara yüksəlib.

Qeyd olunur ki, "SpaceX"in IPO-sundan sonra İlon Mask dünyanın ilk trilyonçusu olub.

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUN 2026
Bütün Xəbərlər