Husilərdən Qırmızı dənizdə təhlükəli plan

Husilərdən Qırmızı dənizdə təhlükəli plan
28.07.2026 14:45 Dünya

“Husilər İranın Hörmüz boğazında həyata keçirdiyi strategiyanı Qırmızı dənizdə təkrarlamağa və Bab əl-Məndəb boğazında gəmiçiliyi pozmaqla bu mühüm dəniz yoluna nəzarəti ələ keçirməyə çalışırlar”.

TodayPress TV xəbər verir ki, bunu Yəmən xarici işlər naziri Əfrah əl-Zubə deyib.

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda jurnalistlər qarşısında çıxış edən nazir bildirib ki, beynəlxalq ictimaiyyətin yetərsiz reaksiyası husilərin daha da cəsarətlənməsinə səbəb olub.

“Husilər İranın modelini təkrarlamaq istəyirlər və bu addım iki əsas boğazın - Bəsrə körfəzinə və Qırmızı dənizə giriş qapılarının bağlanmasına gətirib çıxaracaq”, - Yəmənin baş diplomatı vurğulayıb.

Xatırladaq ki, husilər və ya “Ənsarallah” Hərəkatı 2014-cü ildən etibarən paytaxt Səna şəhərinə nəzarət edir. Amma BMT, ABŞ və Avropa İttifaqı İranın dəstəklədiyi bu qruplaşmanın “hakimiyyət”ini tanımır.

ABŞ və İsrail husiləri terror təşkilatları siyahısına daxil edib.  

XƏBƏR LENTİ
28 IYUL 2026
Bütün Xəbərlər