Husilər İsrailə zərbə endirdi
Yəməndəki husilər İsrailin dörd şəhərinə raket və pilotsuz təyyarələrlə hücum ediblər.
TodayPress TV xəbər verir ki, bu barədə Hərəkatın sözçüsü Yəhya Sariya "Əl Məsirə" telekanalına bildirib.
Onun sözlərinə görə, hücum zamanı "Fələstin-2" adlı hipersəs ballistik raketi ilə Birşeba şəhərindəki bir hədəf vurulub.
O, həmçinin Eylat, Aşkelon və Hadera şəhərlərinə pilotsuz uçan aparatlarla hücumlar edildiyini və bütün hücumların uğurla həyata keçirildiyini bildirib.
Türkan İsgəndərli