Husilər İsrail tankerinə hücum etdi

Husilər İsrail tankerinə hücum etdi
01.09.2025 14:01 Dünya

Husilər İsrailə məxsus neft tankerinə ballistik raketlə hücum etdiklərini açıqlayıblar. 

TodayPress TV xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.

Husilərin sözçüsü Yəhya Sari bildirib ki, Qırmızı dənizin şimalında yerləşən İsrail tankerinə birbaşa raket zərbəsi endirilib. 

Onun sözlərinə görə, bu hücum Fələstin xalqına və Qəzzada vuruşan döyüşçülərə dəstək məqsədi daşıyır.

Yəhya Sari həmçinin qeyd edib ki, bu cür hücumlar müharibə bitənə və Qəzzaya qarşı blokada qaldırılana qədər davam edəcək.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər