Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi
ABŞ Prezidenti Donald Tramp İranın Hürmüz boğazından keçən gəmilərdən rüsum tutmayacağına dair əminlik ifadə edib.
TodayPress TV xəbər verir ki, bu barədə o, Evian G7 sammiti çərçivəsində Fransa Prezidenti Emmanuel Makronla ikitərəfli görüşündən sonra Hürmüz boğazında gəmilərin hərəkəti ilə bağlı sualı şərh edərkən bildirib.
"Bu, rüsumsuz olacaq. Bizim bu məsələdə kiçik bir mübahisəmiz olmuşdu. Düşünürəm ki, bura açıq olacaq. Və düşünürəm ki, bu, azad gəmiçilik olacaq", – deyə lider qeyd edib.
Prezident etiraf edib ki, ABŞ avropalı müttəfiqlərinin Hürmüz boğazına gəmilər göndərmək şəklində göstərə biləcəyi mümkün hərbi yardımı qəbul edərdi.
Aysel Mətləb