Hörmüz boğazında gərginlikdən sonra bir ilk: Sərnişin gəmisi boğazı keçdi

Dünya

17.04.2026 20:15

"Celestyal Discovery" kruiz gəmisi marşrutunu dəyişərək Omanın Xasab limanına daxil olmaq əvəzinə Hörmüz boğazından keçib.

TodayPress TV xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

Bildirilib ki, bu, regionda münaqişənin gərginləşməsindən bəri boğazı keçən ilk sərnişin gəmisidir.

Məlumata görə, gəmi Hörmüz boğazını Bakı vaxtı ilə saat 18:55-də, Oman sahillərindən təxminən 3 km məsafədə hərəkət edərək keçib. Saat 19:30-a olan məlumata əsasən, gəmi cənub istiqamətində hərəkətini davam etdirir.

Aysel Mətləb

TodayPress TV

tag: Hörmüz,Gəmi,Boğaz,Celestyal Discovery,TodayPress TV,