Hindistan Pakistanı təhdid etdi
Hindistan Pakistanın terrorçuluğu dəstəkləmədiyindən əmin olanadək Hind çayının suları haqqında müqavilənin bərpa olunmayacağını bəyan edib.
TodayPress TV xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
Məlumata görə, bu müqavilə daha əvvəl dostluq niyyəti ilə imzalanıb, lakin 1960-cı ildən bəri çoxsaylı hadisələr baş verib.
Qeyd edək ki, Hindistanla Pakistan mayın 10-da atəşkəs elan ediblər.
Hindistan əməliyyatın dayandırıldığını, lakin hələ yekunlaşmadığını açıqlaqyıb.
Aynur TAC