Hindistan Ermənistana “Pinaka” raketləri göndərdi
Hindistan Ermənistanla saziş çərçivəsində “Pinaka” idarə olunan raketlərinin ilk partiyasını göndərib. Ümumilikdə 4 batareya tədarük olunacaq.
TodayPress TV Hindistan KİV-ə istinadən xəbər verir ki, Hindistanın müdafiə naziri Racnat Sinqh “Pinaka” raketlərinin ixracına Naqpurdakı "Solar Defence and Aerospace Limited" (SDAL) şirkətinin zavodunda start verib.
Qeyd edək ki, Ermənistan Hindistanla 4 ədəd “Pinaka” batareyasının tədarükünü nəzərdə tutan saziş imzalayıb.
Keçən ilin yayında Hindistan mediası Ermənistanın Hindistandan silah alışının həcminin 600 milyon dollara çatdığını yazıb.