Həmas uşaqları nişangaha düzdü - İsraili şoka salan həmlə

Həmas uşaqları nişangaha düzdü - İsraili şoka salan həmlə
17.04.2026 11:12 Dünya

Fələstinlə bağlı sosial mediada yayılan və HƏMAS ilə  əlaqəli olduğu iddia edilən bir şəxsin səsləndirdiyi fikirlər ciddi rezonans doğurub. 

TodayPress TV  xəbər verir ki, yayılan görüntülərə münasibət bildirən bəzi şəxslər həmin çıxışı sərt şəkildə tənqid ediblər. 

"Fələstində xalqı qırğına verən və onların üstündən milyonlar qazanan HƏMAS-ın üzvünə diqqətlə baxın. Deyir ki, uşaqlardan istifadə etmək və ya onları öldürmək problem deyil əsas odur ki, İsraili məhv edəcəyik. Lənət olsun sizə! İllərdi bir xalqı orada girov kimi saxlayıb məhv edirsiniz və maddi maraqlarınıza görə qırdırırsınız. Xalqı düşünən olsaydınız, çoxdan sülh üçün addım atmış olardınız",- videonun açıqlama mətnində qeyd olunur. 

Hazırda məsələ ilə bağlı rəsmi qurumlar tərəfindən videonun doğruluğu və şəxsin kimliyi barədə təsdiqlənmiş məlumat verilməyib.

Jalə Rövşən 

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər