HƏMAS iki israilli girovun cəsədini qaytara bilər
HƏMAS iki israilli girovun cəsədini İsrail tərəfinə təhvil verə bilər.
Bu barədə TodayPress TV “The Times of Israel” qəzetinə istinadən məlumat yayıb.
Mənbənin məlumatına görə, İsrail tərəfi cəsədlərin qəbuluna hazırlaşır, lakin HƏMAS indiyədək bu barədə rəsmi açıqlama verməyib.
Hazırda Qəzza zolağında həlak olmuş 13 israilli girovun cəsədi qalmaqdadır.
Aynur TAC