Hələb aeroportu fəaliyyətini bərpa edəcək
Hələb Beynəlxalq Hava Limanı yanvarın 20-dən etibarən yenidən fəaliyyətə başlayacaq.
TodayPress TV xəbər verir ki, bu barədə Suriya Mülki Aviasiya İdarəsi məlumat yayıb.
Qeyd edək ki, Hələb Beynəlxalq Hava Limanı yanvarın 7-dən fəaliyyətini dayandırıb. Xatırladaq ki, yanvarın 6-da YPG/SDQ silahlıları Hələbdə Suriya Ordusunun mövqelərinə hücum edib.
Xatırladaq ki, yanvarın 7-də Suriya Ordusu Hələbdə iki məhəllədə YPG/SDQ-yə qarşı əməliyyata başlayıb.