Harris: “Nəvələrim Ağ Evdə qadın prezident görəcəklər”

Harris: “Nəvələrim Ağ Evdə qadın prezident görəcəklər”
26.10.2025 15:45 Dünya

ABŞ-nin sabiq Vitse-Prezidenti Kamala Harris gələcəkdə yenidən prezidentliyə namizəd ola biləcəyini istisna etməyib.

TodayPress TV xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.

2024-cü il seçkilərində Donald Trampa məğlub olan 61 yaşlı Harris vurğulayıb ki, nəvələri mütləq Ağ Evdə bir qadın prezident görəcəklər.

“Mən bütün həyatımı ictimai xidmətə həsr etmişəm və bu, artıq mənim bir hissəmdir. Hazırda gördüyüm işlərlə kifayətlənirəm, amma gələcək planlarım barədə hələ qərar verməmişəm”, – Harris deyib.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər