Hakan Fidan Antalyada Pakistanın Baş naziri ilə görüşdü

Hakan Fidan Antalyada Pakistanın Baş naziri ilə görüşdü
17.04.2026 00:58 Dünya

Türkiyənin xarici işlər naziri Hakan Fidanla Pakistanın Baş naziri Şahbaz Şərif arasında Antalyada görüş keçirilib.

TodayPress TV xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial media hesabında məlumat paylaşılıb.

Görüşdə Pakistanın XİN rəhbəri Məhəmməd İshaq Dar da iştirak edib.

Görüşün detalları açıqlanmayıb.

Qeyd edək ki, Şərif və İshaq Dar 17-19 aprel tarixləri aralığında baş tutacaq 5-ci Antalya Diplomatiya Forumunda iştirak etmək məqsədilə Türkiyədə səfərdədirlər.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər