Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş etdi
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib.
TodayPress TV xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, təcili enişə səbəb təyyarənin mühərrikində yaranan nasazlıq səbəb olub.
Qeyd edilib ki, Gürcüstandan qalxdıqdan sonra mühərrikində yaranan nasazlıq səbəbindən Rize vilayətinin Pazar rayonu sahillərində dənizə təcili eniş edən kiçik təyyarədə olan 2 nəfər xilas edilib.