Gürcüstanda müxalifət lideri həbs edildi

Gürcüstanda müxalifət lideri həbs edildi
12.09.2026 17:39 Dünya

Gürcüstanda vətənə xəyanət və sabotajda ittiham olunan müxalif Vahid Milli Hərəkat Partiyasının liderlərindən Giorgi Baramidze iki ay müddətinə həbs edilib.

TodayPress TV xəbər verir ki, yerli KİV-in məlumatına görə, Tbilisi Şəhər Məhkəməsi bu barədə Baş Prokurorluğun vəsatəti əsasında qərar qəbul edib.

Baramidze ittihamları absurd adlandırıb.

O, iyul ayında televiziya proqramında Abxaziya müharibəsi zamanı gürcü hərbçilərin əsirləri güllələdiyini bildirib. Baş Prokurorluq siyasətçinin bu açıqlamalarının Gürcüstan ordusunu ağır hərbi cinayətlərdə ittiham etdiyini və dövlət maraqlarına zərər vurduğunu açıqlayıb.

Baramidze saxlanılacağı təqdirdə 4 ilədək həbs cəzası ilə üzləşə bilər. O, Mixeil Saakaşvilinin prezidentliyi dövründə daxili işlər və müdafiə naziri, daha sonra baş nazirin müavini vəzifələrində çalışıb.

Jalə Rövşən 

XƏBƏR LENTİ
12 SENTYABR 2026
Bütün Xəbərlər