Gürcüstanda əlli üç qanunsuz miqrant saxlanıldı
Son günlərdə Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları respublikada qanunsuz yaşayan 53 əcnəbini saxlayıblar.
TodayPress TV xəbər verir ki, bu barədə Nazirliyin mətbuat xidmətinin açıqlamasında məlumat verilib.
Bildirilib ki, Gürcüstanda Qana, Zimbabve, Hindistan, İordaniya, Keniya, Kuba, Rusiya, Türkmənistan, Türkiyə, Uqanda, Filippin və Efiopiya vətəndaşları saxlanılıb.
Əlavə edilib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları qanunsuz miqrantların yaşayış yerlərində, işlədikləri məkanda axtarışlar aparıblar.
Hazırda bütün saxlanılanlar müvəqqəti miqrant saxlama mərkəzinə aparılıb və deportasiya işləri davam etdirilir.
Aysel Mətləb