Gürcüstan qaranlığa qərq oldu - VİDEO
Gürcüstanda genişmiqyaslı elektrik kəsintisi qeydə alınıb.
TodayPress TV xəbər verir ki, məlumata görə, paytaxt Tbilisi ilə yanaşı, ölkənin bir sıra digər bölgələri də işıqsız qalıb.
Hadisə ilə bağlı Gürcüstanın elektrik şəbəkəsinin operatoru hələlik rəsmi açıqlama verməyib. Şirkətin mətbuat xidməti isə telefon zənglərinə cavab vermir.
Enquri Su Elektrik Stansiyasının direktoru bildirib ki, hazırda baş vermiş kütləvi elektrik kəsintisinin səbəbləri araşdırılır.