G20-nin mərkəzi bank rəhbərləri səviyyəsində görüşü ABŞ-də baş tutacaq
G20-nin maliyyə nazirlərinin müavinləri və mərkəzi bankların rəhbərləri səviyyəsində keçiriləcək növbəti görüşü 14-15 may tarixlərində ABŞ-də planlaşdırılıb.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Maliyyə Nazirliyinin G20 ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin görüşünün yekunlarına dair materiallarında məlumat verilib.
Məlumatda qeyd olunub:
"G20-nin növbəti görüşü 14-15 may 2026-cı il tarixlərində ABŞ-nin Fort-Loderdeyl şəhərində (Florida ştatı), maliyyə nazirlərinin müavinləri və mərkəzi bankların rəhbərləri səviyyəsində baş tutacaq".
Aysel Mətləb