Filippində güclü zəlzələ baş verdi

Filippində güclü zəlzələ baş verdi
24.06.2025 17:00 Dünya

Filippində 6,4 bal gücündə zəlzələ baş verib. 

TodayPress TV xəbər verir ki, bu barədə ölkənin Vulkanologiya və Seysmologiya İnstitutu (PHIVOLCS) məlumat yayıb.

Zəlzələ ölkənin cənubundakı Davao Oriental əyalətinin Baqanqa bölgəsi yaxınlığında qeydə alınıb. Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə yerləşib.

Hazırda tələfat və dağıntılarla bağlı məlumat yoxdur.

Qeyd edək ki, bundan əvvəl Papua-Yeni Qvineyada da 5,3 bal gücündə zəlzələ baş verib. Onun episentri Kimbe şəhərindən 81 kilometr cənub-şərqdə yerləşib.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər