"Facebook"da baş naziri hədələyən şəxs tutuldu
Dünya
21.05.2026 09:26
Sosial şəbəkələrdə və mayın 20-də Loridə seçiciləri ilə görüşdə Ermənistan Baş naziri Nikol Paşinyanı təhdid edən separatçı Artur Osipyan saxlanılıb.
TodayPress TV xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Müvafiq cinayət işi üzrə ilkin istintaq zamanı müəyyən edilib ki, A.O. 2026-cı il martın 22-də informasiya və kommunikasiya texnologiyalarından istifadə edərək, öz Feysbuk hesabı vasitəsilə siyasi baxışlardan irəli gələn motivlə açıq paylaşımlar edib və bu yolla Ermənistanın Baş nazirinə qarşı birbaşa zorakılıq tətbiqinə açıq çağırışlar səsləndirib.
Həmçinin o, hakim “Vətəndaş Müqaviləsi” Partiyasının seçki kampaniyasına mane olmaqda və vətəndaşları təhqir etməkdə ittiham edilib.
A.O.-ya qarşı Ermənistan Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi açılıb.
Jalə Rövşən
tag: Nikol Paşinyan,Artur Osipyan,Seçicilər,Ermənistan ,Todaypress.tv,
