F-16-lar Tayvana gedirdi… Qəfil istiqaməti dəyişib geri döndülər

F-16-lar Tayvana gedirdi… Qəfil istiqaməti dəyişib geri döndülər
08.09.2026 20:40 Dünya

Tayvana ABŞ tərəfindən tədarük edilən ilk iki F-16V Block 70 qırıcısı uçuşdan qısa müddət sonra istiqamətini dəyişərək Havay adalarına geri qayıdıb.

TodayPress TV xəbər verir ku, “Taipei Times”ın məlumatına görə, təyyarələrin nə səbəbdən geri qayıtdığı hələlik açıqlanmayıb.

Tayvan ABŞ-dən adanın şərq hissəsinin müdafiəsini gücləndirmək məqsədilə ümumilikdə 66 ədəd F-16V Block 70 qırıcısı alıb. Təyyarələrin Çihhan aviabazasında yerləşdirilməsi planlaşdırılır.

Qeyd edək ki, ilk təyyarələrin təhvil verilməsi 2023-cü ildə gözlənilsə də, istehsal xəttinin yerdəyişməsi və təchizat zəncirində yaranan problemlər səbəbindən proses bir neçə dəfə təxirə salınıb.

Qalan F-16V-lərin Tayvana 2027 və 2028-ci illərdə çatdırılması planlaşdırılır.

Təyyarələrin marşrutu Havay adalarından Quam üzərindən Tayvana qədər uzanır və ümumi uçuş müddəti təxminən 13 saat təşkil edir.

Kübra Musayeva

XƏBƏR LENTİ
08 SENTYABR 2026
Bütün Xəbərlər