Estoniya müdafiəyə rekord məbləğdə vəsait ayıracaq

Estoniya müdafiəyə rekord məbləğdə vəsait ayıracaq
18.01.2026 11:44 Dünya

Bu il Estoniyanın müdafiə büdcəsi respublika üçün rekord göstərici olan ümumi daxili məhsulun 5.4%-nə çatacaq.

TodayPress TV xəbər verir ki, Baş nazir Kristen Mixal açıqlayıb.

"2026-cı ildə Estoniyanın müdafiə xərcləri tarixi rekord həddədir: Təxminən 2.4 milyard avro və ya ÜDM-in 5.43%-i", - deyə Estoniya hökumətinin başçısı vurğulayıb.

O həmçinin ötən il Müdafiə Nazirliyi tərəfindən planlaşdırılan bütün satınalmaların uğurla başa çatdığını və nəticədə ümumi dəyəri 545 milyon avro olan silah və sursatın alındığını qeyd edib.

Türkan İsgəndərli

TodayPress TV 

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər