Ermənistanda kilsəyə məxsus televiziya kanalı bağlanacaq
Ermənistanda Erməni Apostol Kilsəsinin (AAC) təsis etdiyi "Şoqakat" telekanalı bağlanacaq.
TodayPress TV xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" yazıb.
Qeyd olunub ki, Ermənistan parlamenti kilsə televiziya kanalının bağlanmasını nəzərdə tutan qanuna düzəlişləri ikinci və sonuncu oxunuşda qəbul edib.