Ermənistanda hərbi xidmət müddətinin azaldılması müzakirə olunur
Dünya
04.12.2025 12:32
Ermənistanda 2025-ci ilin qış çağırışından başlayaraq məcburi hərbi xidmət müddəti altı ay azaldılacaq.
TodayPress TV “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə dekabrın 4-də parlamentin iclasında “Hərbi xidmət və hərbçilərin statusu haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı müdafiə naziri Suren Papikyan bildirib.
Qanuna edilən dəyişiklik müqavilə əsasında xidmət edənlərin sayının artırılması yolu ilə məcburi xidmət müddətinin azaldılmasını nəzərdə tutur.
Məlumata görə, müdafiə naziri Suren Papikyanın parlamentə təqdim etdiyi qanun layihəsində arxa cəbhə hissələrində xidmət edən hərbçilər üçün məzuniyyət müddətinin 21 gün, sərhəddə xidmət edən hərbi qulluqçular üçün isə 30 günə çatdırılması təklif olunur.
Nicat Osman
tag: Ermənistan,Hərbi xidmət,Müddət,Azalma,Todaypress.tv,
