Ermənistanda həbs olunan iş adamı təcridxanaya köçürüldü
Ermənistanda həbs olunan iş adamı və “Tashir Group” şirkətinin sahibi Samvel Karapetyan Armavirdəki cəzaçəkmə müəssisəsindən İrəvanda yerləşən Milli Təhlükəsizlik Xidmətinin istintaq təcridxanasına köçürülüb.
TodayPress TV xəbər verir ki, bu barədə Ermənistan Ədliyyə Nazirliyinin nümayəndəsi Nona Navikyan bildirib.
O, əlavə məlumat verməyib.
Qeyd edək ki, iyunun 18-də İrəvan məhkəməsi Karapetyanı iki ay müddətinə həbs edib. İş adamı özünə qarşı irəli sürülən ittihamları əsassız adlandırıb, vəkili isə ittihamların inandırıcı olmadığını bildirib.
Türkan İsgəndərli