Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı

Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı
16.06.2026 12:45 Dünya

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində Ararat vilayətinin bir sıra sakinlərinin Güclü Ermənistan Partiyasının Masisdəki ofisinin nümayəndələrindən parlament seçkilərində adı çəkilən partiyaya səs vermək və tərəfdar toplamaq şərti ilə onlara seçki rüşvəti vermələrini tələb etdikləri barədə faktiki məlumatlar əldə edilib.

TodayPress TV xəbər verir ki, bu barədə Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsindən məlumat verilib.

Məlumata görə, faktla bağlı Korrupsiyaya Qarşı Mübarizə Komitəsi tərəfindən cinayət işi başlanıb, bir sıra şəxslər həbs edilib və prosessual tədbirlər görülüb.

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
Bütün Xəbərlər