Ermənistan bu ərazidən imtina etdi

Dünya

20.05.2026 12:39

Erənistan hökuməti ölkə pasportlarında istifadə olunan möhürlərdən Ağrı dağı təsvirinin çıxarılması ilə bağlı qərar qəbul edib.

TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb. 

Yerli mənbələrin məlumatına görə, bu addım Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesində mümkün gərginlik və təxribatların qarşısını almaq məqsədi daşıyır.

Bildirilir ki, dəyişiklik rəsmi İrəvanın Ankara ilə diplomatik dialoqu davam etdirmək və qarşılıqlı etimadı artırmaq siyasətinin tərkib hissəsi kimi qiymətləndirilir. Ermənistan rəsmiləri məsələ ilə bağlı hələlik açıqlama verməsələr də, qərarın regionda sabitliyə töhfə verməyə hesablandığı qeyd olunur.

Xatırladaq ki, Ağrı dağı Türkiyə ərazisində yerləşsə də, uzun illər Ermənistanın milli simvollarından biri kimi müxtəlif rəsmi atributlarda istifadə olunub.

Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində son illərdə bir sıra görüşlər və diplomatik təmaslar keçirilir.

Jalə Rövşən 

TodayPress TV

tag: Ermənistan ,Ağrı dağı ,Türkiyə ,Pasport ,Todaypress.tv,