Erhürman Kipr türklərinin yeni lideri kimi and içdi

Erhürman Kipr türklərinin yeni lideri kimi and içdi
24.10.2025 14:34 Dünya

Kiprli türk siyasətçi Tufan Erhürman Şimali Kipr Türk Respublikasının altıncı prezidenti kimi and içib. 

TodayPress TV xəbər verir ki, bu barədə “Kıbrız” qəzeti öz saytında məlumat yayıb.

Assambleyada yeni Kipr türk liderinin andiçmə mərasimi keçirilib. Daha sonra adanın türk icmasının əvvəlki lideri Ersin Tatardan Erhürmana hakimiyyətin rəsmi təhvil verilməsi prezident sarayında baş tutacaq. 

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər