Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya

Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya
15.06.2026 12:08 Dünya

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ və İran arasında əldə olunan razılaşmaya münasibət bildirib.

TodayPress TV xəbər verir ki, o, bu barədə öz rəsmi sosial media hesabında paylaşım edib.

Türkiyə lideri paylaşımında sözügedən razılaşmanı regionda sülh və sabitliyin təmin olunması baxımından mühüm hadisə kimi qiymətləndirdiyini bildirib.

Ərdoğan  qeyd edib ki, ABŞ və İran arasında əldə olunan razılaşmanı bölgədə sülh və əmin-amanlığın bərqərar olması naminə mühüm addım hesab edir və bunu məmnunluqla qarşılayır.

Türkiyə Prezidenti həmçinin vurğulayıb ki, dünyanın uzun müddətdir ehtiyac duyduğu bu xəbər regionda qalıcı sülhün və qarşılıqlı etimad mühitinin formalaşmasına töhfə verməlidir.

Jalə Rövşən 


XƏBƏR LENTİ
15 IYUN 2026
Bütün Xəbərlər