Ərdoğan Rusiya Prezidenti ilə telefon danışığı apardı

Ərdoğan Rusiya Prezidenti ilə telefon danışığı apardı
03.04.2026 20:10 Dünya

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb. 

TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb. 

Bildirilib ki, Ərdoğan Putinlə apardığı telefon danışığında Türkiyə-Rusiya münasibətlərini, regional və qlobal hadisələri müzakirə edib.  

Lider, həmçinin Türkiyənin İrana qarşı hücumları bəyənmədiyini, İranın bölgə ölkələrinə verdiyi cavabı da təqdir etmədiyini bildirib. O, İran-İsrail gərginliyində təmkin nümayiş etdirməyə çağırarkən, Ukrayna müharibəsində sülh vurğusunu yenidən qeyd edib. 

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər