Ərdoğan Putini Türkiyəyə dəvət etdi

Ərdoğan Putini Türkiyəyə dəvət etdi
01.09.2025 14:01 Dünya

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Çində keçirilən sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə görüş keçirib.

TodayPress TV xəbər verir ki, “RBC-Ukrayna”nın türk və rus KİV-lərinə istinadən yaydığı məlumata görə, danışıqlar zamanı Ərdoğan Putini Türkiyəyə səfərə dəvət edib:

“Bu dəvət qüvvədə qalır. Biz yaxın vaxtlarda sizi ölkəmizdə görmək istəyirik”, – deyə o bildirib.

Kremlin məlumatına görə isə Putin görüşdə Türkiyənin Ukrayna müharibəsinin tənzimlənməsində xüsusi rolunun gələcəkdə də zəruri olacağına əminliyini ifadə edib.

Tərəflər danışıqlarda Ukraynadakı vəziyyəti və münaqişənin diplomatik yollarla həlli perspektivlərini müzakirə ediblər.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər